Azərbaycanda COVID-19 peyvəndi şəhadətnaməsi, əks göstəriş və "immunitet sertifikatı" blankları və verilən sertifikatların qüvvədə olmaq müddəti təsdiq edilib.
Bununla bağlı Nazirlər Kabineti qərar qəbul edib.
Qərara əsasən, “COVID-19-a qarşı peyvənd, peyvənd üçün əks göstərişləri, PCR testinin mənfi nəticəsini və COVID-19-a qarşı immunitetin olmasını təsdiq edən şəhadətnamələrin tanınması Qaydası” təsdiq edilib.
Eyni zamanda, “Peyvənd şəhadətnaməsi”, “Əks-göstəriş şəhadətnaməsi”, “COVID-19 – RT – PCR analizinin nəticəsi haqqında şəhadətnamə”, “İmmunitet sertifikatı” blankları təsdiqlənib.
Azərbaycan Nazirlər Kabineti COVID-19 sertifikatlarının qüvvədə olma müddətini müəyyən edib:
▪️ Peyvəndi təsdiq edən COVID-pasportlar - qeyri-müəyyən müddətə
▪️ şəxsin xəstə olması, sağalması və immunitet qazanması barədə arayış - 6 ay
▪️ peyvənd üçün əks göstərişləri təsdiq edən arayış - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəyi əsasında müəyyən edilmiş müddətə
▪️ mənfi PCR test nəticəsini təsdiq edən sertifikat - 72 saat
▪️ əcnəbilər üçün xarici COVID sertifikatlarının etibarlılıq müddəti beynəlxalq təcrübədə nəzərdə tutulmuş müqavilələrlə müəyyən edilir.