Avropanın səhiyyə məsələləri üzrə komissarı Stella Kiriakides bildirib ki, koronavirusun yayılması ilə bağlı vəziyyətlə əlaqədar Avropa İttifaqının sərhəd-keçid qaydaları yaxın gələcəkdə dəyişdiriləcək.
İspaniyanın "La Razon" qəzetinə müsahibəsində "Qış çox sərt olacaq. Dekabr və yanvar aylarında xəstəxanalarda ağır yük olacaq"", - deyib. Avropa komissarının sözlərinə görə, əhalisinin 80%-dən azının koronavirusa qarşı peyvənd olunduğu ölkələr infeksiyanın qarşısını almaq üçün ciddi tədbirlər görməli olacaqlar.
"Bir neçə gündən sonra Aİ sərhədlərini keçmə qaydaları dəyişdiriləcək", - Kiriakides əmin edib, hansı dəyişikliklərdən söhbət getdiyini açıqlamayıb. O, koronavirusa qarşı peyvəndin vacibliyini bir daha vurğulayıb: Bildirib ki, bundan sonra hər bir dövlət həlledici tədbirlər görmək üçün suverendir.