Sueno Hotels
25 Noyabr 2021, 10:27

Gürcüstan dekabrın 1-dən COVİD qaydalarını yumşaldır

Restoranlar COVID-19 pasportlarına sahib olan şəxsləri saat məhdudiyyəti olmadan qəbul edə biləcək
Gürcüstan dekabrın 1-dən COVİD qaydalarını yumşaldır

Gürcüstanda koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində tətbiq edilən bəzi qadağalar yumşaldılır. Yeni qaydalara əsasən, pandemiya şəraitində teatr və kinoteatrlarda tamaşaçıların 50 faizinin iştirakına icazə veriləcək.

Bu barədə Gürcüstan hökumətinin Dövlət Qurumlararası Koordinasiya Şurası qərar qəbul edib.

Bildirilir ki, teatr və kinotertrlarda əvvəllər müəyyən edilmiş tamaşaçı sayı limiti 30 faizdən 50 faizədək artırılır.

Dekabrın 1-dən qonşu ölkədə tamaşaçılar teatr və kinoteatrlara COVID-19 pasportu əsasında buraxılacaqlar.

Bundan başqa, Gürcüstanda pandemiya səbəbindən restoranların fəaliyyətinə tətbiq olunan məhdudiyyət dekabrın 1-dən ləğv olunacaq.

Restoranlar COVID-19 pasportlarına sahib olan şəxsləri saat məhdudiyyəti olmadan qəbul edə biləcək.

Qeyd edək ki, hazırda Gürcüstanda restoranlar saat 23:00-a qədər müştərilərə xidmət göstərə bilir.

Teqlər: