22 Noyabr 2021, 17:45

Çexiya karantin tədbirlərini sərtləşdirdi

Çexlərin əksəriyyəti həftədə dörd gün evdən işləyəcək
Çexiya karantin tədbirlərini sərtləşdirdi

Çexiya hökuməti yeni məhdudiyyətlər dalğası çərçivəsində virusəleyhinə qaydaları sərtləşdirmək niyyətindədir.

Bundan sonra müəssisələrin və ticarət obyektlərinin əksəriyyətinə giriş yalnız maska və vaksinlənmə sertifikatı vasitəsilə olacaq. Əvvəllər ölkədə bu qayda fəaliyyət göstərməyib, yəni vətəndaşlar maskanı məcburi deyil, könüllü şəkildə taxa bilərdi. İndi isə cansıxıcı statistika hökuməti daha sərt tədbirlərə əl atmağa məcbur edib.

Yeni qaydalara görə, çexlərin əksəriyyəti həftədə dörd gün evdən işləyəcək və hələlik belə hal dekabrın ortalarınadək davam edəcək.

Qeyd edək ki, bir müddət əvvəl ölkə hökuməti bütün tibb işçilərinin peyvəndlənməsini bir vəzifə kimi irəli sürüb.

Teqlər: