19 Noyabr 2021, 09:38

Slovakiyada peyvəndi olmayanlara lokdaun tətbiq edilir

Slovakiyada peyvəndi olmayanlara lokdaun tətbiq edilir

Qonşu Avstriyada olduğu kimi Slovakiyada da koronavirusa qarşı peyvənd olunmayanlar üçün lokdaun qüvvəyə minir.

Noyabrın 22-də qüvvəyə minəcək bu qərar ölkədəki xəstəxanalardakı vəziyyəti yüngülləşdirməyə xidmət edir. Bu barədə məlumat verən Baş nazir Eduard Heqer məhdudiyyətlərin ilk növbədə peyvənd olunmayan şəxslərin qorunmasına xidmət etdiyini bildirib.

Yeni qaydalar peyvənd olunanlar və COVID-19 xəstəliyindən sağalanlara şamil olunmayacaq. Sərt məhdudiyyətlər xəstəxanalardakı vəziyyətin ağırlaşması və təcili olmayan cərrahi əməliyyatların təxirə salınması fonunda səhiyyə qurumlarının xəbərdarlığı və yardım çağırışlarından sonra tətbiq olunub.

Noyabrın 22-dən etibarən Slovakiyada peyvənd olunmamış şəxslər kütləvi tədbirlər, qastronomiya obyektləri, otel və ticarət mərkəzlərinə daxil ola bilməyəcəklər. Ərzaq məhsulları və təxirəsalınmaz malların alınması, eləcə də xidmətlərin göstərilməsi isə gigiyena tədbirlərinə əməl olunması ilə mümkün olacaqdır.

Teqlər: