16 Noyabr 2021, 14:58

İtaliyaya gedirsinizsə, yeni karantin qaydalarından xəbəriniz olsun

Dayanacaqlara qatara minən hər hansı sərnişində COVID-19-un simptomları aşkar edildikdə qatar dayandırılacaq.
İtaliyaya gedirsinizsə, yeni karantin qaydalarından xəbəriniz olsun

COVID-19-a yoluxma sayının artması fonunda İtaliyada ictimai nəqliyyatda qaydalar sərtləşdirilib.

Səhiyyə Nazirliyi ilə Nəqliyyat və İnfrastruktur Nazirliyi yeni növ koronavirus infeksiyasına yoluxma hallarının artması ilə əlaqədar ictimai nəqliyyatda nəzarəti gücləndirən yeni qaydalar tətbiq edib. Belə ki, taksi və sifarişli digər nəqliyyat vasitələri bundan sonra avtomobilə maksimum iki sərnişin götürə biləcək. Taksilərdə ön oturacaq boş saxlanılacaq.

Şəhərlərarası qatarda isə son 48 saat ərzində tətbiq edilən peyvənd və ya PCR testi, eləcə də “Yaşıl keçid kartı” (“Green pass” və ya vaksinasiya sertifikatı) tələb olunacaq. Dayanacaqlara qatara minən hər hansı sərnişində COVID-19-un simptomları aşkar edildikdə qatar dayandırılacaq.

Qeyd edək ki, ayın əvvəlində İtaliyada COVID-19-a gündəlik yoluxma sayı 4000 civarında olduğu halda, son günlərdə bu rəqəm 8500-ü ötüb.

Ölkədə indiyədək COVID-19-a yoluxanların sayı 4 milyon 865 min 260 nəfərə çatıb. Koronavirusun qurbanlarının sayı isə 132 min 819-dur.

Teqlər: