12 Noyabr 2021, 12:20

Malayziya turistlər üçün sərhədləri gələn ilin yanvarında açacaq

Hazırda Malayziyada əhali arasında tam vaksinasiyanın səviyyəsi 95 faizə çatıb
Malayziya turistlər üçün sərhədləri gələn ilin yanvarında açacaq

Malayziya hökuməti turistlər üçün sərhədləri ən geci gələn ilin yanvarında açmağı planlaşdırır.

Bu barədə Malayziya Milli Dirçəliş Şurasının sədri Muhiddin Yassin məlumat verib.

“Vaksinasiya sahəsində əldə edilən uğurları nəzərə alan Şura, gələn il yanvarın 1-dən gec olmamaq şərti ilə turistlər üçün sərhədləri açmaq barədə qərar qəbul edib”, - deyə M.Yassin bildirib. Şura sədri bu addımın turizm sektorunu bərpa etmək məqsədilə atıldığını da əlavə edib.

Qeyd edək ki, koronavirus pandemiyası başlayandan bəri Malayziya sərhədləri bağlanıb. Hökumət bu yaxınlarda Lanqkavi adasındakı kurortların vaksin qəbul etmiş turistlər üçün noyabrın 15-dən sonra açılacağını bəyan edib.

Hazırda Malayziyada əhali arasında tam vaksinasiyanın səviyyəsi 95 faizə çatıb. 12 yaşdan yuxarı yeniyetmələr arasında isə bu göstərici 75 faiz təşkil edir.

Teqlər: