11 Noyabr 2021, 15:44

Fransada koronavirusun beşinci dalğası: virusun yayılması sürətlənir

Ardıcıl olaraq ikinci gündür ki, koronavirusa yoluxanların sayı 10 min nəfəri ötür.
Fransada koronavirusun beşinci dalğası: virusun yayılması sürətlənir

Fransa koronavirus epidemiyasının beşinci dalğasının başlanğıcındadır.

Reuters agentliyi xəbər verir ki, bu barədə Fransanın səhiyyə naziri Olivye Veran deyib. “Bir neçə qonşu ölkə artıq COVID-19 epidemiyasının beşinci dalğası ilə üzləşib. Fransada hazırkı vəziyyət beşinci dalğanın başlanğıcına bənzəyir”, - deyə Olivye Veran bildirib. Onun sözlərinə görə, ölkədə virusun yayılması sürətlənir. Ardıcıl olaraq ikinci gündür ki, koronavirusa yoluxanların sayı 10 min nəfəri ötür.

Pandemiyanın statistikasını aparan “Worldometer” saytının məlumatına əsasən, son sutka ərzində Fransada 11 min 883 nəfər COVID-19 infeksiyasına yoluxub, 33 nəfər həyatını itirib.

İndiyədək ölkədə koronavirusa yoluxanların sayı 7 milyon 244 min nəfəri ötüb, ölənlərin sayı 118 min 56 nəfərə çatıb, 6 milyon 990 min nəfər isə xəstəlikdən sağalıb.

Fransa koronavirusa yoluxanların sayına görə dünyada 7-ci, ölüm hallarının sayına görə isə 12-ci yerdə qərarlaşıb.

Teqlər: