11 Noyabr 2021, 09:17

Ukrayna və Sinqapur səyahət məhdudiyyətləri ləğv olunan ölkələrin siyahısından çıxarıldı

Siyahı iki həftədən bir yenilənir.
Ukrayna və Sinqapur səyahət məhdudiyyətləri ləğv olunan ölkələrin siyahısından çıxarıldı

Avropa İttifaqı (Aİ) Ukrayna və Sinqapuru COVID-19 səbəbindən səyahət məhdudiyyətlərindən azad olunan ölkələrin siyahısından çıxarıb.

Siyahıdakı ölkələrdən Aİ-yə turist kimi səyahətə icazə verilsə də, sərnişinlərə PCR testi və karantin kimi bəzi qaydalar tətbiq olunur. Aİ ölkələrinin siyahıya daxil olmayan ölkələrinə isə səyahət məhdudiyyətləri davam edir.

Daha əvvəl yenilənən siyahıya Avstraliya, Kanada, Çili, İordaniya, Küveyt, Yeni Zelandiya, Qətər, Ruanda, Səudiyyə Ərəbistanı, Koreya Respublikası, Uruqvay, Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri daxil edilmişdi. Ukrayna və Sinqapur da bu ölkələr sırasında idi.

Qeyd edək ki, siyahı iki həftədən bir yenilənir.

Aİ 2020-ci ilin mart ayında epidemiyanın yayılmasının qarşısını almaq üçün 27 üzv ölkəyə, eləcə də Şengen zonasına daxil olan İslandiya, Lixtenşteyn, Norveç və İsveçrəyə digər ölkələrdən səyahətlərə dair məhdudiyyətlərin tətbiqinə qərar vermişdi.

Teqlər: