10 Noyabr 2021, 09:21

Gürcüstanda dekabrın 1-dən “Yaşıl pasport” rejiminə keçir

Obyektlərə daxil olarkən COVID-19 pasportu tələb olunacaq
Gürcüstanda dekabrın 1-dən “Yaşıl pasport” rejiminə keçir

Dekabrın 1-dən Gürcüstanda “Yaşıl pasport” rejimi tətbiq ediləcək.

Bu barədə ölkənin Baş naziri İrakli Qaribaşvili məlumat verib.

Onun sözlərinə görə, dekabrın 1-dən ölkədə bəzi yerlərə və obyektlərə daxil olarkən COVID-19 pasportu tətbiq olunacaq. “Yaşıl pasport”da vətəndaşın koronavirus keçirməsi, PCR testlərinin nəticələri və vaksinasiya kursu barədə informasiyalar qeyd olunacaq.

İ.Qribaşvili vurğulayıb ki, koronavirusa yoluxmuş şəxsə də “yaşıl status” veriləcək.

Hökumət başçısı deyib ki, COVID-19 pasportunun tələbləri 18 yaşdan yuxarı vətəndaşlara və turistlərə şamil olunacaq.

“Dekabrın 1-dən etibarən vətəndaşlar və turistlər müxtəlif obyektlərə “yaşıl pasport” təqdim etməklə daxil ola biləcəklər. Bu qayda həmin obyektlərdə çalışanlara deyil, yalnız ziyarətçilərə aid ediləcək”, – deyə İ.Qaribaşvili vurğulayıb.

Teqlər: