3 Noyabr 2021, 12:23

Hollandiya COVİD şərtlərinə geri döndü

Yeni qaydalar noyabrın 6-dan qüvvəyə minir
Hollandiya COVİD şərtlərinə geri döndü

Hollandiyada hökumət, COVID-19-a yoluxma hallarının artmasından sonra maska ​​və məsafə qaydasının bərpa edildiyini və koronavirus kartı tətbiqinin əhatə dairəsinin genişləndirildiyini açıqladı.

Baş nazir Mark Rutte və səhiyyə naziri Huqo de Jonge mətbuat konfransında bir sıra məhdudiyyətlərin noyabrın 6-dan qüvvəyə minəcəyini açıqladılar. Peyvənd nisbətinin yüzdə 85-ə çatmasına baxmayaraq, oktyabr ayının əvvəlindən gündəlik yoluxmaların sayının artdığını bildirən Rutte, peyvənd olunanların da yeni qaydalara riayət etməsi barədə xəbərdarlıq edib.

Tədbirlər noyabrın 6-dan qüvvəyə minəcək qaydalar: 

Koronavirus kartı tətbiqinin etibarlı olmadığı bütün ərazilərdə maska ​​taxma qaydası geri qaytarılıb.

Bütün mağazalarda, ictimai nəqliyyatda, kitabxanalarda, bələdiyyə binalarında və supermarketlərdə maska ​​taxmaq yenidən məcburi hala gətirilib.

Sentyabrın 25-də qaldırılan 1,5 metrlik sosial məsafə yenidən tətbiq olunmağa başlayacaq.

Əvvəllər restoran və kafelərin, teatrların və stadionların qapalı sahələri ilə məhdudlaşan koronavirus kartı tətbiqi muzeylərin, zooparkların, əyləncə parklarının, idman zallarının, hovuzların və kafelərin açıq sahələrini əhatə edəcək şəkildə genişləndirilib.

Hollandiya polisi Twitter-də Haaqadakı Turfmark meydanının toplantı və nümayişlər üçün qadağan olunmuş zona elan edildiyini açıqlayıb.