2 Noyabr 2021, 14:52

Hindistan beynəlxalq uçuşlara qadağaların vaxtını uzatdı

Qadağa bu il noyabrın 30-dək qüvvədə olacaq
Hindistan beynəlxalq uçuşlara qadağaların vaxtını uzatdı

Koronavirusa yoluxma hallarının artması ilə əlaqədar Hindistan sərnişin uçuşlarına qadağasını noyabrın 30-dək uzatdı. Bu barədə Mülki Aviasiya Baş İdarəsinin (MGM) məlumatında deyilir.

Bu, Hindistanda hava nəqliyyatının dondurulmasının ilk uzadılması deyil. Sonuncu dəfə belə bir qərar oktyabrın 31-dək qüvvədə olub. Lakin bu cür qadağalar uçuşların tam dayandırılması demək deyil. DGCA etiraf edir ki, müstəsna hallarda seçilmiş marşrutlar üzrə beynəlxalq müntəzəm uçuşlara icazə verilə bilər.

Xatırladaq ki, Hindistan 23 mart 2020-ci il tarixində "koronavirus pandemiyası ilə əlaqədar" ifadəsi ilə xarici dünya ilə uçuşları dayandırmışdı. Amma artıq 2020-ci ilin may ayından “hava köpüyü” ilə bağlı ikitərəfli razılaşmalar çərçivəsində xüsusi uçuşlar fəaliyyətə başlayıb.