29 Oktyabr 2021, 14:52

Avropada təhlükəli səyahət zonalarının xəritəsi yeniləndi

Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzi koronavirusla bağlı vəziyyətin kəskinləşdiyini açıqlayıb
Avropada təhlükəli səyahət zonalarının xəritəsi yeniləndi

Avropada koronavirus dördüncü mərhələsinə qədəm qoydu və Aİ-nin bir neçə əsas üzv dövlətində pandemiya şərtləri ciddiləşdirildi. Bu səbəbdən turizm yenidən sərhədləri bağlamaq riski ilə üzləşir.

Aİ-nin bəzi əraziləri isə hələlik təhlükəsiz olaraq qalır. Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzi (ECDC) səyahət üçün təhlükəli ərazilərin xəritələrinin son yeniləməsinin buraxılması ilə avrozonada vəziyyətin ağırlaşdığını açıqladı.

Oktyabrın 28-də açıqlanan məlumatlara görə, Xorvatiya, Belçikanın yarısı və İrlandiyanın iki bölgəsi hazırda təhlükəli tünd qırmızı zonadadır, keçən həftə İrlandiyanın bütün ərazisi qırmızı rəngə boyandı və infeksiya riski yüksək olan bölgəyə aid edildi. Bununla belə, insidentlərin artması Münster və Leinster əyalətlərini tünd qırmızı siyahıya keçirib.

Schengenvisainfo qeyd edib ki, son bir neçə həftə ərzində bu ölkələrdə hər 100 000 sakinə 500-dən çox müsbət COVID-19 yoluxma halı aşkar edildiyi üçün belə təsnifat formalaşıb. Bu yaxınlarda əlavə edilmiş ölkələr istisna olmaqla, siyahıya artıq Latviya, Litva, Estoniya və Rumıniya da əlavə olunub. Artan yoluxmanı nəzərə alaraq, turistlərə, xüsusən də peyvənd olunmamış və ya koronavirusa yoluxmuş şəxslərə səfər etməkdən çəkinmək tövsiyə edilir.

Aİ-nin hər bir tərəfdaş dövləti öz qaydalarına riayət etmək hüququna malik olduğundan, tünd qırmızı ölkələrdən gələn səyahətçilər məhdudiyyətlərə məruz qala bilərlər.
Eyni yeniləmə, Lixtenşteyn və İslandiyanın indi yüksək riskli ölkələr kimi təsnif edildiyini də ortaya qoydu. Bundan əlavə, Hollandiyanın bütün ərazisi, Norveçin yarısı və Çexiyanın yarısı indi də səyahət üçün təhlükəlidir - son 14 gündə ölkələrdə hər 100 min əhaliyə 200-ə qədər yoluxma halı qeydə alınıb.

Teqlər: