27 Oktyabr 2021, 10:19

Turistlər Rumıniyadakı sifarişlərini ləğv edirlər

Predealdakı bəzi otel menecerləri deyirlər ki, turistlərin 90 faizini bron edilmiş tətillərini tərk edib
Turistlər Rumıniyadakı sifarişlərini ləğv edirlər

Rumıniyada turistlər tətil üçün əvvəlcədən sifariş edilmiş səyahət paketlərini ləğv etməyə başlayıblar. Otelçilər deyirlər ki, hakimiyyət tərəfindən irəli sürülmüş yeni məhdudiyyətlər Rumıniyada turizmə ciddi təsir göstərir. Yeni məhdudiyyətlər səbəbindən bir çox turist dağ istirahət yerlərini tərk edib. Predealdakı bəzi otel menecerləri deyirlər ki, turistlərin 90 faizini bron edilmiş tətillərini tərk edib. Maramureşdə hotellərin doluluq nisbəti 80 faizə yaxın olub, lakin hakimiyyətin qərarından sonra kəskin şəkildə azalıb. Otel sahibləri deyirlər ki, restoranlar yalnız 50 faiz tutumla işləyə bildiyi üçün işçiləri məzuniyyətə göndəriblər.

Qeyd edək ki, Fövqəladə Hallar üzrə Milli Komitə tərəfindən müəyyən edilmiş və Rumıniya hökumətinin fərmanı ilə təsdiq edilmiş yeni məhdudiyyətlər oktyabrın 25-dən qüvvəyə minib.

Teqlər: