Gürcüstanda koronavirus infeksiyası ilə əlaqədar tətbiq olunan daha bir qadağa ləğv olunub.
Gürcüstanda koronavirus xəstəsi ilə təmasda olan şəxslərin 10 günlük özünütəcrid rejimi ləğv olunub. Bununla bağlı Gürcüstan hökuməti qərar qəbul edib. Qərara əsasən, koronavurisa yoluxmuş şəxslə təmasda olmuş digər insan artıq 10 gün özünütəcrid rejiminə keçməyəcək. Bundan sonra həmin şəxsə sadəcə 10 təqvim günü maska taxmaq tövsiyə olunur.
Xatırladaq ki, bundan əvvəl koronavirusa yoluxan şəxslərlə təmasda olan insanlar 10 günlük təcrid olunurdu.