1 Oktyabr 2021, 17:05

Yaponiya oktyabrın 1-dən xarici turistlərin karantin müddətini qısaldır

Hökumət bunun sərhəd rejiminin dəyişdirilməsi istiqamətində atılan ilk addım olduğunu vəd edir
Yaponiya oktyabrın 1-dən xarici turistlərin karantin müddətini qısaldır

Yaponiya hökuməti inqilabi bir qərar verdi: 1 oktyabr 2021-ci ildən etibarən peyvənd edilmiş əcnəbilər üçün karantin müddəti 14 gündən 10 günə endiriləcək.

Yeni təlimatlara görə, artıq peyvənd olunmuş əcnəbilərdən xüsusi otel sifariş etmək tələb olunmur.

Qeyd edək ki, hazırda Yaponiya, prinsipcə, xarici vətəndaşların öz ərazisinə girməsinə icazə vermir. İndi gələnlərin çoxu Yaponiya vətəndaşları və ya Gündoğar ölkədə yaşamaq icazəsi olan əcnəbilərdir.

Hökumət, yumşaldılmış karantin qaydalarının Yaponiyanın sərhəd rejimini dəyişdirmək üçün atılan ilk addım olduğunu vəd edir. Yaxın gələcəkdə, ölkə, şübhəsiz ki, lazımi testlər və təhlükəsizlik qaydalarına ciddi riayət olunmaq şərtilə, xarici vətəndaşların girişinə icazə verilməsi imkanlarını nəzərdən keçirəcəyini bildirib.

Teqlər: