Sentyabr ayından Yaponiya hakimiyyəti üç peyvənd almış insanlar üçün ölkəyə daxil olarkən COVID-19 üçün məcburi testi ləğv edib. Bu barədə “Bloomberg” baş nazir Fumio Kişidaya istinadən məlumat yayıb.
Kişidanın sözlərinə görə, məhdudiyyətlərin yumşaldılması sentyabrın 7-dən qüvvəyə minəcək. O, əlavə edib ki, səlahiyyətlilər də tezliklə icazə verilən gündəlik giriş səviyyəsini 20 mindən yuxarı qaldırmaq barədə qərar verəcəklər. Bu həftənin əvvəlində Yaponiya mediası hökumətin hər gün 50,000 sərnişinin ölkəyə daxil olmasına icazə verməyi planlaşdırdığını bildirib.
Bloomberg qeyd edir ki, Yaponiyanın baş naziri bu açıqlamanı bir neçə gün əvvəl koronavirus infeksiyasına görə təcrid olunduğu iqamətgahından videobağlantı vasitəsilə verib. Qeyd edək ki, iyun ayında Yaponiya hakimiyyəti xarici turistlərə mütəşəkkil turist qrupları şəklində ölkəyə gəlməyə icazə verib.