15 Avqust 2022

Dehli yenidən məcburi maska rejiminə keçdi

Dehli yenidən məcburi maska rejiminə keçdi

Dehli, COVID-19 hallarının artması səbəbindən yenidən maska ​​rejiminin tətbiqinə başladı. 

Associated Press yazır ki, Hindistanda artan koronavirus hadisələri fonunda Yeni Dehli maskaların məcburi taxılmasını yenidən tətbiq etdi. Bu tədbirin pozulmasına görə nəzərdə tutulan cərimə isə 6 dollara bərabərdir.

Qeyd edək ki, Bakıdan Yeni Dehliyə birbaşa aviareyslər açılıb və bu istiqamətdə turist gözləntisi böyükdür.