30 Sentyabr 2021, 14:02

Antalyada 32 min turistdə koronavirus aşkarlandı

Bura tətilə gələn əcnəbilər arasında yoluxma faizi 2.61% təşkil edib
Antalyada 32 min turistdə koronavirus aşkarlandı

Turizm mövsümü başlayandan bəri Antalyada xarici turistlər arasında 1,2 milyondan çox (1.226.796) PCR test aparılıb. Nəticədə 31.979 testin cavabı müsbət çıxıb. Beləliklə, Antalyaya dincəlməyə gələn əcnəbilər arasında yoluxma faizi 2,61% təşkil edib.

Bu məlumatı Antalya Səhiyyə İdarəsinin müdiri Dr. Ünal Huldur mətbuat konfransı zamanı açıqlayıb.

Ünal Huldur, hazırda Antalyada əhalisinin aktiv şəkildə peyvənd edildiyini vurğulayıb. Türkiyə Səhiyyə Nazirliyindən verilən son məlumata görə, bölgədə koronavirusun yayılması 100 min əhaliyə 47,29 hadisə təşkil edir. Bu göstərici "narıncı" risk səviyyəsinə uyğundur. Hazırda 136 xəstə reanimasiya şöbəsində müalicə olunur. Beləliklə, yataq tutumundan istifadə nisbəti 51,9%-dir.

Teqlər: