Avropada koronavirusun 7-ci dalğası başlayıb

Avropada koronavirusun 7-ci dalğası başlayıb

İtaliya və İspaniyada koronavirus pandemiyasının yeni dalğası sürətlə yayılır. 

Omikron ştamının “BA.4” və “BA.5”in iki alt variantı İspaniya, Portuqaliya, İtaliya və Böyük Britaniya kimi ölkələrdə koronavirus infeksiyalarının sayının əhəmiyyətli dərəcədə artmasına səbəb olur. Onların daha çox yoluxma qabiliyyəti var və hər ikisi hətta üç doza ilə peyvənd edilmiş insanların antikorlarına belə müqavimət göstərirlər.

İspaniya Səhiyyə Nazirliyinin ölkədəki epidemioloji vəziyyətə dair son hesabatına əsasən, COVID-19 pandemiyasının 7-ci dalğası başlayıb.

İtaliyanın Səhiyyə Nazirliyinin məlumatına görə, son 24 saatda ölkədə 132 min 274 nəfər COVID-19 infeksiyasına yoluxub.

Kataloniyalı epidemioloq və tədqiqatçı Kike Bassat son iki həftə ərzində infeksiyaların sayının əhəmiyyətli dərəcədə artdığını vurğulayıb. Epidemioloq hesab edir ki, maskaların taxılması yenidən məcburi olmamalı, lakin onlardan koronavirus infeksiyasına daha həssas olan insanlar tərəfindən istifadə edilməlidir.