Rusiya koronavirusla bağlı sərhəddə mövcud olan bütün məhdudiyyətləri aradan qaldırır.
Bu barədə Rusiya Baş nazirinin müavini Tatyana Qolikova məlumat verib.
O bildirib ki, Rusiya dövlət sərhədində koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilmiş bütün məhdudiyyətlər 2022-ci il iyulun 15-dən aradan qaldırılır.
Bir qədər əvvəl bütövlükdə Rusiya ərazisində koronavirus pandemiyasına görə tətbiq edilmiş bütün məhdudiyyətlər aradan qaldırılıb.