Rusiya bütün anti-COVID məhdudiyyətlərini ləğv etdi

Rusiya bütün anti-COVID məhdudiyyətlərini ləğv etdi

Rospotrebnadzor Rusiyada koronavirusun yayılması ilə əlaqədar tətbiq edilən bütün məhdudiyyətlərin fəaliyyətini dayandırıb.

“Epidemioloji prosesin intensivliyinin davam edən azalması ilə əlaqədar Rospotrebnadzor əvvəllər tətbiq edilən məhdudiyyətləri, o cümlədən maska ​​rejimi, gecə iaşə xidmətləri qadağası və bir sıra digər tədbirləri dayandırır. COVID-19 ilə bağlı vəziyyət pisləşərsə, məhdudlaşdırıcı tədbirlər bərpa oluna bilər”, - nazirliyin bəyanatında deyilir.