Gürcüstan hökuməti ölkəyə daxil olan istənilən xarici ölkə vətəndaşı üçün tələb olunan PCR testini ləğv edib.
Bununla da xarici ölkə vətəndaşları Gürcüstana daxil olarkən son 72 saat ərzində aparılan PCR testinin mənfi nəticəsini təqdim etmək öhdəliyindən azad edilib.
Bu gündən qüvvəyə minən qərarla vətəndaşlığından asılı olmayaraq, əcnəbilərdən Gürcüstana giriş zamanı tam peyvənd kursu haqqında arayış da tələb edilməyəcək.