Bosniya və Herseqovina hökuməti ölkəyə daxil olarkən COVID-19-la bağlı tətbiq olunan qaydaları ləğv edib.
Bosniya və Herseqovina Nazirlər Şurasının qəbul etdiyi qərara əsasən, artıq ölkə ərazisinə daxil olarkən vaksin sertifikatı və ya PCR test nəticələri kimi sənədlər tələb olunmayacaq.
Bu qərarın ölkədə uzun müddətdir davam edən müsbət epidemioloji vəziyyət əsasında qəbul edildiyi bildirilib.