Almaniya bütün kovid giriş məhdudiyyətlərini ləğv etdi

Almaniya bütün kovid giriş məhdudiyyətlərini ləğv etdi

Almaniya iyunun 1-dən ölkəyə girişlə bağlı bütün kovid məhdudiyyətlərini ləğv edəcək. Giriş üçün heç bir test və ya peyvənd tələb olunmayacaq. Yalnız pasport və etibarlı Şengen vizası kifayətdir.

Xatırladaq ki, mayın 29-dan “Azərbaycan Hava Yolları” Bakı ilə Berlin arasında uçuşları bərpa edir.

Belə ki, aviaşirkət tərəfindən Bakı-Berlin-Bakı marşrutu üzrə xüsusi uçuşlar həftədə iki dəfə - çərşənbə axşamı və bazar günləri həyata keçiriləcək.