İsrail ölkəyə giriş üçün PCR testlərini ləğv etdi

İsrail ölkəyə giriş üçün PCR testlərini ləğv etdi

İsrail hakimiyyəti mayın 20-dən ölkəyə daxil olarkən hava limanında PCR testini ləğv etmək qərarına gəlib.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə İsrail Səhiyyə Nazirliyi məlumat yayıb. Bundan əlavə, bu gündən, yəni mayın 10-dan etibarən əcnəbilər əvvəllər tələb olunan PCR testi əvəzinə yola düşməzdən əvvəl hazırlanmış antigen testini təqdim edə biləcəklər.

Antigen testi İsrailə yola düşməzdən 24 saat əvvəl laboratoriyada tamamlanmalıdır. Eyni zamanda səfərdən maksimum 72 saat əvvəl edilən bir PCR testinin təqdimatı da mümkündür. Əvvəllər İsrail sərhədini keçmək üçün xarici vətəndaşlar iki PCR testi təqdim etməli idilər: biri yola düşməzdən əvvəl, ikincisi isə İsrail hava limanında. Qərarlar koronavirusa yoluxma hallarının azalması ilə əlaqədar qəbul edilib.