5 May 2022, 10:05

Koronavirus Çinə geri qayıtdı: Paytaxtda metro, avtobus bağlandı

Koronavirus Çinə geri qayıtdı: Paytaxtda metro, avtobus bağlandı

Yuxarıdakı şəkildə Pekindəki Çin Xalq İctimai Təhlükəsizlik Universitetinin tələbələri COVID testi üçün növbəyə dururlar. Bu dəfə Pekin yenə diqqət mərkəzindədir. 

Şəhərdə 6 metro xəttinin və 60-dan çox avtobus marşrutunun işi dayandırılıb. Mayın 5-dən etibarən sərnişinlər səyahət etmək üçün PCR testindən keçməlidirlər. 

Onlar həmçinin yazırlar ki, ictimai tualetlərə baş çəkmək üçün 48 saatdan çox olmayan mənfi PCR testi tələb oluna bilər.
 

Qeyd edək ki, BA.4, BA.5 və BA.2.12.1 omikron ştammının alt növlərinin müəyyən edildiyi ölkələrin sayı artmaqdadır, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu yarımnövlərin daha yüksək yoluxuculuğuna diqqət çəkib.