İran bütün ölkələrə hava sərhədini açdı

İran bütün ölkələrə hava sərhədini açdı

İran Mülki Aviasiya Təşkilatının (CAOI) sözçüsü Mir-Əkbər Rəzəvi çərşənbə günü bütün ölkələrdən gələn sərnişinlər üçün hava səyahətinə qoyulan qadağaların götürüldüyünü açıqlayıb.

Rəzəvi deyib ki, bu qərar İranın Milli COVID-19 İşçi Qrupunun iclasında qəbul edilib.

Onun sözlərinə görə, İrana səyahət üçün də bir sıra qaydalar müəyyən edilib ki, İrana daxil ola bilmək üçün 12 yaşdan yuxarı bütün səyahətçilər üçün iki doza COVID-19 peyvəndi vurulması və mənfi PCR testi tələb olunur.

Sərnişinlər İrana uçuşdan 72 saat əvvəl PCR-testindən keçməlidirlər və sonuncu peyvənddən sonra ən azı 14 gün ötməlidir.

İranın Səhiyyə Nazirliyinin açıqlamasına əsasən son sutka ərzində ölkə ərazisində 3 min 800 yeni yoluxma və 41 ölüm faktı qeydə alınıb. Bununla da, İranda koronavirusa yoluxanların ümumi sayı 7 milyon 183 min 808 nəfərə, yoluxaraq ölənlərin ümumi sayı isə 140 min 492-ə çatıb. Müxtəlif xəstəxanalarda müalicə alan xəstələrdən 1000 nəfərinin vəziyyəti ağır olaraq qalır. Eyni zamanda, 6 milyon 904 min 733 nəfər COVID-19 xəstəsi müalicə alaraq sağalıb və evə buraxılıb.