6 Aprel 2022, 10:36

Almaniya karantin tələbini aradan qaldırır

Almaniya karantin tələbini aradan qaldırır

Almaniya mayın 1-dən etibarən koronavirusa yoluxanların karantinə alınması öhdəliyini aradan qaldırır. Karantin könüllülük əsasında olacaq.

Deutsche Welle Türk xəbərinə görə, Səhiyyə naziri Karl Lauterbach, "mövcud qaydalar işləyir, lakin uzunmüddətli perspektivdə buna ehtiyac yoxdur" ifadəsini işlədib. 

Hazırda Almaniyada məcburi karantin müddəti 10 gündür. Bununla belə, koronavirusa tutulmuş və ya onunla təmasda olan insanlar 7 gündən sonra test nəticəsi mənfi olarsa, karantindən çıxa bilərlər.