25 Fevral 2022, 15:08

Bosniya və Herseqovina açıq havada maska taxmaq tələbini ləğv etdi

Bosniya və Herseqovina açıq havada maska taxmaq tələbini ləğv etdi

Bosniya və Herseqovina açıq havada və qapalı məkanlarda maska taxmaq tələbini ləğv edilib.

Yalnız səhiyyə obyektlərində, ahıllara, əlillərə və əqli qüsurlu şəxslərə xidmət göstərilən müəssisələrdə, cəzaçəkmə müəssisələrində və digər sosial müdafiə qurumlarında, habelə ictimai nəqliyyatda maska taxmaq öhdəliyi davam edəcək.

Üç yüzdən çox insanın toplaşdığı qapalı məkanlarda maska taxmaqla yanaşı, iştirakçılardan nəticəsi mənfi olan test, COVID-19-dan sağalma haqqında sənəd və ya vaksin sertifikatı tələb olunacaq.