23 Fevral 2022, 09:47

Sabahdan Böyük Britaniya koronavirus məhdudiyyətlərini ləğv edir

Sabahdan Böyük Britaniya koronavirus məhdudiyyətlərini ləğv edir

Böyük Britaniyada fevralın 24-dən etibarən koronavirusa görə tətbiq olunan bütün məhdudiyyətlər qaldırılır.

Bütün məhdudiyyətlərin qaldırılacağını açıqlayan Baş nazir Boris Conson aprelin 1-dən pulsuz sürətli antigen testinin ləğv ediləcəyini və əhalinin yalnız müəyyən təbəqələrinə bu fürsətin təqdim ediləcəyini bildirib.

Yaşlılar və risk qrupunda olanlar üçün pulsuz testlər davam etdiriləcək.

Fevralın 24-dən etibarən testi müsbət olan şəxslərin karantində qalmasına və peyvənd olunmuş şəxslərin test verməsinə ehtiyac olmayacaq.

Aprelin 1-dən etibarən simptomları olan və olmayan insanlar üçün pulsuz sürətli antigen testi xidməti başa çatacaq.