22 Fevral 2022, 18:16

Gürcüstan COVID-19 ilə bağlı məhdudiyyətlərin ləğvinə davam edir

Gürcüstan COVID-19 ilə bağlı məhdudiyyətlərin ləğvinə davam edir

Gürcüstanda Koronavirus İnfeksiyası ilə Mübarizə üzrə Koordinasiya Şurasının qərarı ilə koronavirus xəstələri üçün olan otellər bağlanıb, qeyri-məhdud sayda qonağın olduğu toy və anım mərasimlərinə icazə verilib, idman tədbirlərinə tamaşaçıların buraxılması üçün kvota artırılıb.

Koordinasiya Şurası Giorgi Gibradze çərşənbə axşamı keçirdiyi brifinqdə bildirib ki: 

"Qəbul edilən qərarlara əsasən, martın 1-dən 67 xarici ölkənin vətəndaşları peyvənd olunduqları və ya PZR testinin mənfi nəticəsi olduqda Gürcüstana səfər edə biləcəklər. İaşə obyektlərinə gəlincə, qapalı məkanda bir masa arxasında 10-a, açıq havada isə 15-ə qədər insanın əyləşməsinə icazə verilir. İctimai tədbirləri - toyları, ad günlərini və s. qeyri-məhdud qonaqlarla, lakin onları bir masada 10 və 15 nəfərlik oturmaq şərti ilə keçirmək mümkün olacaq”.

Onun sözlərinə görə, martın 1-dən etibarən koronavirusa yoluxmuş və stasionar müalicəyə ehtiyacı olmayan vətəndaşların yerləşdirildiyi kovid-otellər bağlanır.