7 Fevral 2022

Almaniya martın 19-dan yenidən turizmə açılmağı planlaşdırır

Həmçinin maska ​​rejimi və məsafə tələblərinin də ləğvi nəzərdə tutulur.
Almaniya martın 19-dan yenidən turizmə açılmağı planlaşdırır

Almaniya, "omicron" ilə bütün problemlərə baxmayaraq, tədbirləri yumşaltmağı və martın 19-dan turistlərə açıq olmağı planlayır. Ölkə məhdudiyyətlərin aradan qaldırılması baxımından Böyük Britaniya və digər Avropa ölkələrindən sonra addım atmağa başlayıb.

Məhdudlaşdırıcı tədbirlərin ləğvi məsələsinin Almaniya parlamentinin gündəliyinə çıxarılması faktını SPD parlament qrupunun nümayəndəsi Yohannes Fexner bildirib. “Yaxın həftələrdə 19 martdan sonra koronavirusdan qorunmaq üçün tədbirlərin uzadılmasının zəruri olub-olmadığını anlayacağıq”, - deyib.

Qeyd edək ki, Almaniyada da maska ​​rejimi, məsafə tələbləri və buna bənzər tədbirlərin ləğv edilməsi gözlənilir.