4 Fevral 2022, 14:38

İspaniya küçədə maska ​​taxmağı ləğv etməyə hazırlaşır

Nazirlər Şurası fevralın 8-də keçiriləcək iclasında qərarı təsdiq edəcək
İspaniya küçədə maska ​​taxmağı ləğv etməyə hazırlaşır

İspaniya hökuməti ölkədə yeni koronavirus növünün yayılmasının qarşısını almaq üçün tətbiq edilən küçədə maskaların məcburi taxılması tələbini ləğv edəcək. Bu barədə cümə günü Cadena SER radiostansiyası məlumat yayıb.

Onun sözlərinə görə, Nazirlər Şurası fevralın 8-də keçiriləcək iclasında qərarı təsdiq edəcək. Ertəsi gün qüvvəyə minə bilər.

İspaniyada kovid səbəbiylə maskaların məcburi taxılması Milad bayramları ərəfəsində ötən ilin dekabrından tətbiq edilir.