1 Fevral 2022, 15:14

Gürcüstanda “Yaşıl pasport”u ləğv etdi

Gürcüstanda “Yaşıl pasport”u ləğv etdi

Gürcüstanda “COVID-19”la bağlı “Yaşıl pasport” tələbi bu gündən ləğv olunub.

Bu barədə Gürcüstan hökumətinin Dövlət Qurumlarıarası Koordinasiya Şurası qərar qəbul edib.

Qərara əsasən, bu sənəddən yalnız xarici ölkələrə səfərlər zamanı istifadə olunacaq.

Qeyd edək ki, qonşu ölkədə “Yaşıl pasport”lar ötən ilin dekabrın 1-dən etibarən tətbiq olunub.