31 Yanvar 2022, 14:23

Səudiyyə Ərəbistanında yalnız peyvənd olanlar ictimai nəqliyyata buraxılacaq

Səudiyyə Ərəbistanında yalnız peyvənd olanlar ictimai nəqliyyata buraxılacaq

Səudiyyə Ərəbistanında fevralın 1-dən ictimai nəqliyyatdan yalnız tam peyvənd olunmuş vətəndaşlar istifadə edə biləcək.

Qərar şəhər və şəhərlərarası avtobuslara, bərələrə, qatarlara, taksilərə, avtomobillərin icarəyə götürülməsinə (o cümlədən hər hansı mobil proqramlar vasitəsilə kirayə edildikdə) şamil edilir.

Xatırladaq ki, Səudiyyə Ərəbistanında hələ 2021-ci il sentyabrın 1-dən uçuşlara yalnız peyvənd olunmuş sərnişinlərin buraxılması qaydası qüvvəyə minib.