21 Yanvar 2022, 17:55

İtaliyada apteklərdə də “Super yaşıl keçid kartı” tələb olunacaq

Testdən keçmək bu sənədi almağa kifayət etmir.
İtaliyada apteklərdə də “Super yaşıl keçid kartı” tələb olunacaq

İtaliyada “Super yaşıl keçid kartı” (“Super green pass”) tətbiqinin əhatə dairəsi genişləndirilib.

Yeni qaydalara görə, bərbər, gözəllik salonları və kosmetoloji klinikalarda, eləcə də apteklər, optikalar, poçt şöbələrində “Super yaşıl keçid kartı” tələb olunacaq.

Hökumət bu addımla koronavirusa yoluxma hallarındakı artım tendensiyasının qarşısını almaq və əhalini vaksinasiyadan keçməyə təşviq etmək niyyətindədir.

Qeyd edək ki, “Super yaşıl keçid kartı” ancaq peyvənd edilmiş və ya COVID-19-dan sağalanlara verilir. Testdən keçmək bu sənədi almağa kifayət etmir.