19 Yanvar 2022, 17:14

Fransa 12 yaşı olan turistlərdən də PCR test tələb edir: qaydaları sərtləşdirdi

Fransa 12 yaşı olan turistlərdən də PCR test tələb edir: qaydaları sərtləşdirdi

Fransa hökuməti həm vətəndaşlarına, həm də turistlərə qarşı karantin qaydalarını sərtləşdirib. Belə ki, yanvarın 15-dən bütün növ xidmətlərə, o cümlədən restoranlara, muzeylərə, teatrlara, idman tədbirlərinə və yerləşdirmə obyektlərinə giriş qaydaları sərtləşdirilib.

Qaydaların sərtləşdirilməsi peyvənd sertifikatları üçün yeni tələblərin elanından dərhal sonra baş verdi. Artıq 18 yaşdan yuxarı bütün şəxslər sertifikatlarının qüvvədə qalması üçün təkrar peyvənd edilməlidir. Gücləndirici dozanın alınması tələbi peyvəndi yeddi aydan çox əvvəl tamamlamış bütün şəxslərə şamil ediləcək.

Belə ki, yeni qaydalara əsasən, qərar qüvvəyə mindikdən sonra peyvəndin son dozasını yeddi aydan əvvəl almış, lakin hələ də ikinci dozanı almamış hər kəs peyvənd olunmamış hesab olunacaq.

Beləliklə, yalnız COVID-19-a qarşı tam peyvənd olunmuşlar əksər yerlərə və tədbirlərə çıxış əldə edəcəklər və əlavə peyvənd almayanlar sözün əsl mənasında evlərinə gedəcəklər: onların demək olar ki, bütün ictimai yerlərə girişi qadağan ediləcək.

Eyni zamanda, rəsmi açıqlama gəldi ki, 12-18 yaş arası uşaqlar gücləndirici doza ehtiyacından azaddırlar, yəni onların iki komponentli peyvəndi qüvvədə qalacaq.

12 yaşdan kiçik uşaqların peyvənd edilməsi tələb olunmur.

Fransa hökumətinin bəyanatında deyilir: "Fransa ərazisinə daxil olmaq üçün 12 yaş və iki aydan yuxarı bütün şəxslər üçün COVID-19 sertifikatı məcburidir". Peyvənd tələbinə əlavə olaraq, 12 yaşdan yuxarı səyahətçilər də müvafiq olaraq 48 və ya 24 saat ərzində mənfi PCR və ya sürətli antigen testi təqdim etməlidirlər. Sonuncu tələb Avropa İttifaqının üzvü olan ölkədən və ya Şengen zonasından Fransaya gələnlərə şamil edilmir.