14 Yanvar 2022

Rusiyada QR kodların tətbiqi təxirə salındı

Fevralın 1-dən sonra da ictimai yerlərə neqativ test cavabı ilə gəlmək mümkün olacaq.
Rusiyada QR kodların tətbiqi təxirə salındı

Rusiyada koronavirus pandemiyası ilə bağlı QR kodların tətbiqinə dair qanun layihəsinin müzakirəsi təxirə salınıb.

Bu barədə baş nazirin müavini Tatyana Qolikova məlumat verib. O bildirib ki, parlamentin birinci oxunuşda qəbul etdiyi qanun layihəsi koronavirusun “delta” ştamının yayıldığı dövrdə hazırlanıb. Hazırda “omikron” ştamının üstünlük təşkil etdiyi üçün layihəni yeni reallığa uyğunlaşdırmaq lazımdır.

T.Qolikovanın sözlərinə görə, fevralın 1-dən sonra da ictimai yerlərə neqativ test cavabı ilə gəlmək mümkün olacaq.