13 Yanvar 2022, 09:02

İsveçdə restoranlar axşam 11-dən bağlanacaq: sabahdan yeni qadağalar qoyulur

İsveçdə restoranlar axşam 11-dən bağlanacaq: sabahdan yeni qadağalar qoyulur

İsveç səlahiyyətliləri yeni məhdudiyyətlər tətbiq edir.

Bu barədə “Turister” saytına istinadla xəbər verir.

İsveç radiosunun xəbərinə görə, ölkə səlahiyyətliləri COVID-19-a yoluxma hallarında rekord artım səbəbindən yeni məhdudiyyətlərin tətbiq edilməsini bəyan ediblər. Bu barədə İsveçin Baş naziri Maqdalena Andersson bildirib.

Yeni məhdudiyyətlər yanvarın 14-dən qüvvəyə minəcək. İşə götürənlər mümkün qədər əməkdaşı uzaqdan işləmə rejiminə keçirməlidir. Barlar və restoranlar saat 23:00-da bağlanacaq, bu yerlərdə bir masa arxasında səkkizdən çox insanın toplanması qadağan olunub. COVID-19 pasportları tətbiq edilməyən kütləvi tədbirlərin iştirakçılarının sayı 50 nəfərlə məhdudlaşdırılır. Yeni məhdudiyyətlər təxminən bir ay müddətinə tətbiq edilib.

Anderssonun sözlərinə görə, hazırda koronavirus ölkədə rekord templə yayılır, səhiyyə sisteminə çox böyük yük düşür.