12 Yanvar 2022, 17:27

Birinci ölkə olaraq artıq sərhədləri bağlamayacağını bəyan etdi

İsrail COVID-19 səbəbiylə turizmdən imtina etməyəcək
Birinci ölkə olaraq artıq sərhədləri bağlamayacağını bəyan etdi

“Daha İsrailin bağlanmaya getməyəcək!”, - bu bəyanatı ölkənin baş naziri Naftali Bennett söyləyərək, COVID-19 ilə mübarizədə risk qrupunun qorunmasına böyük əhəmiyyət verəcəklərini vurğuladı.

Bennett həmçinin omikrona qarşı mübarizədə üç rəhbər prinsipi müəyyən etdi:

"İqtisadiyyatımızı açıq saxlamaq, ən həssas təbəqələri və qocaları qorumaq və əksəriyyəti həssas olan uşaqlarımıza qayğı göstərmək."

Gördüyünüz kimi, turistlər üçün bağlanma haqqında heç nə demirlər, əksinə, İsrail üçün turizm iqtisadiyyatın vacib komponentidir. Üstəlik, İsrailin baş naziri ayrıca vurğulayıb ki, COVID-19 ilə mübarizə tədbirləri həyata keçirərkən onlar ölkə iqtisadiyyatını “mümkün qədər açıq” saxlayacaqlar.