27 Dekabr 2021, 09:39

BƏƏ Azərbaycanı təhlükəsiz səyahət istiqamətləri siyahısına daxil etdi

BƏƏ-nin paytaxtı Əbu-Dabinin Mədəniyyət və Turizm Departamenti “yaşıl” siyahıdakı ölkələrin sayını 73-ə endirib.
BƏƏ Azərbaycanı təhlükəsiz səyahət istiqamətləri siyahısına daxil etdi

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabinin Mədəniyyət və Turizm Departamenti Azərbaycanı təhlükəsiz səyahət istiqamətləri siyahısına daxil edib.

BƏƏ-nin paytaxtı Əbu-Dabinin Mədəniyyət və Turizm Departamenti təhlükəsiz səyahət istiqamətlərinin siyahısını yeniləyib. Departament “yaşıl” adlanan siyahıda olan ölkələrin sayını 95-dən 73-ə endirib.

Yaşıl siyahıya salınmış ölkələrdən BƏƏ-yə gələn səyahətçilərin karantinə alınması tələb olunmur. Yeni qaydalar bu gündən qüvvəyə minib. Yenilənmələrin bir sıra ölkələrdə epidemioloji vəziyyətin pisləşməsi ilə əlaqədar olduğu bildirilir.

Təhlükəsiz ölkələr siyahısına Azərbaycanla yanaşı, Belarus, Gürcüstan, İsrail, Qazaxıstan, Qırğızıstan, Latviya, Rusiya, Tacikistan, Türkmənistan, Ukrayna və Özbəkistan daxildir.

Səyahətçilərdən Abu Dabiyə daxil olmaq və Beynəlxalq Uyğunluq Assosiasiyasının saytında qeydiyyatdan keçmək üçün yola düşmədən 48 saat əvvəl PCR testini almaları tələb olunur.

Peyvənd olunmamış sərnişinlər Əbu-Dabiyə səfərin doqquzuncu günündə başqa bir koronavirus testindən keçməlidirlər və ictimai yerlərə giriş onlar üçün bağlanacaq.

report.az