21 Dekabr 2021, 16:31

İsrail 9 ölkəyə səyahəti qadağan etdi

İsrail 9 ölkəyə səyahəti qadağan etdi

İsrail Baş Nazirinin dəftərxanasından verilən açıqlamaya görə, koronavirusun Omikron variantının yayılması ilə bağlı narahatlıqlarını əsas gətirərək, vətəndaşlarının ABŞ və digər doqquz ölkəyə xüsusi icazə olmadan səyahətini qadağan etdiyi bildirilib.

Qırmızı siyahıya yeni əlavə edilən ölkələr arasında ABŞ, İtaliya, Almaniya, Belçika, Macarıstan, Kanada, Mərakeş, Portuqaliya, İsveçrə və Türkiyə yer alıb.

Bəyanatda bildirilib ki, qadağan olunmuş ölkələrdən qayıdan bütün israillilər, o cümlədən peyvənd olunub sağalanlar, ən azı 7 gün karantində qalacaqlar.

İsrail bu günə qədər 86-sı xaricdən qayıdan sərnişinlər olmaqla ümumilikdə 134 Omikron hadisəsi olduğunu bildirdi.