9 Dekabr 2021, 15:34

Yeni qərar: Peyvənd pasportu yalnız 3-cü dozanı da vurduranlara veriləcək

Avropa daxilində səyahətlərin davam etdirilməsi də qərara alınıb
Yeni qərar: Peyvənd pasportu yalnız 3-cü dozanı da vurduranlara veriləcək

Avropa İttifaqı iclasda məhdudiyyətsiz səyahəti təmin edən rəqəmsal Covid pasportu ilə bağlı tələbləri sərtləşdirib. Belə ki, ikinci dozadan sonra maksimum 9 ay ərzində üçüncü peyvəndi olan insanlara pasport veriləcəyi haqqında qərar qəbul edilib. Hazırda açıqlanmasa da, görünür ki, bu yanaşma turistlərə də tətbiq ediləcək. 

Avropa İttifaqı (Aİ) sərhədləri daxilində Rəqəmsal Covid Sertifikatı yalnız 1 fevral 2022-ci il tarixindən etibarən əlavə Kovid peyvəndinin 3-cü dozasını almış şəxslərə veriləcək. Avropa İttifaqının Səhiyyə Nazirlərinin Brüsseldə keçirilən iclasında Covid infeksiyasına yoluxma hallarının yüksək olmasına baxmayaraq, Avropa daxilində səyahətlərin davam etdirilməsi də qərara alınıb.

Aİ Səhiyyə Nazirləri, 27 üzv ölkədən 3-cü gücləndirici peyvənd dozasının tətbiqi üçün kifayət qədər vaxt vermək məqsədilə 10 yanvarda qüvvəyə minməli olan yeni şərtlərin 1 Fevraldan tətbiq edilməsini qərara alıb. 

Teqlər: