9 Dekabr 2021, 13:24

Böyük Britaniyada bəzi yerlərdə maska məcburi oldu

Ölkə bəzi məhdudiyyətlərin yenidən tətbiqinə başlayıb
Böyük Britaniyada bəzi yerlərdə maska məcburi oldu

Böyük Britaniyada koronavirusun “omikron” ştamına yoluxma artdığı üçün bəzi məhdudiyyətlərin yenidən tətbiqinə başlanıb.

Baş nazir Boris Conson mətbuat konfransı keçirərək bazar ertəsindən etibarən bəzi iş sahələrində evdən işləməyin daha uyğun olacağını açıqlayıb.

Tədbirlər çərçivəsində cümə günündən ictimai yerlərdə, o cümlədən teatr və kinoteatrlarda maskaların taxılması məcburi olacaq.

Növbəti həftədən etibarən, böyük izdihamın toplaşdığı gecə klubları və konsert salonları kimi yerlərə daxil olarkən COVID pasportu tələb ediləcək. Baş nazir COVID pasportu üçün iki doza peyvəndin kifayət edəcəyini bildirib.

Alimlər “omikron” ştamının “delta”dan daha asan ötürülən və Böyük Britaniyada dominant variant ola biləcəyini elan ediblər.

Bununla belə, “omikron” ştamı haqqında hələ də çox şey bilinmir və bu variantın nə qədər ağır xəstəliyə səbəb ola biləcəyi məlum deyil.

Teqlər: