25 Noyabr 2021, 14:38

İtaliya “Super yaşıl keçid kartı” olmayanlara qarşı qaydaları sərtləşdirdi

İtaliya “Super yaşıl keçid kartı” olmayanlara qarşı qaydaları sərtləşdirdi

COVID-19 infeksiyasına gündəlik yoluxma sayının artması ilə əlaqədar İtaliya hökuməti peyvənd olunmayanlara qarşı sərt məhdudlaşdırıcı tədbirlər tətbiq edəcək.

İtaliyanın Baş naziri Mario Draqi “Super yaşıl keçid kartı” adlandırılan yeni qaydalar çərçivəsində peyvənd olunmayan insanların dekabrın 6-dan etibarən idman tədbirlərinə, kinoteatrlara və restoranlara daxil olmasına icazə verilməyəcəyini bildirib. Yeni qaydalar yanvarın 15-dək qüvvədə olacaq.

“Qonşu ölkələrdə vəziyyətin çox ciddi olduğunu görürük. İtaliyada da vəziyyət yavaş-yavaş, lakin davamlı şəkildə pisləşir. Biz daha ehtiyatlı olmaq istəyirik. 2020-ci ildəki kimi iqtisadi tənəzzülə səbəb olan ümummilli blokadadan qaçmaq lazımdır”, - deyə M.Draqi əlavə edib.

“Super yaşıl keçid kartı”nı (“Super green pass” və ya vaksinasiya sertifikatı) əldə etmək üçün COVID-19-a qarşı testdən keçmək kifayət etməyəcək.

Xatırladaq ki, İtaliyada bütün təhsil, səhiyyə, polis və ordu işçiləri məcburi peyvənd proqramına daxil edilib. “Yaşıl keçid sertifikatı” tətbiqi isə otelləri və şəhər ictimai nəqliyyatını əhatə edəcək şəkildə genişləndirilib.

Teqlər: