10 Avqust 2022, 11:03

Bakıda uşaqları gəzməyə aparmaq üçün - 10 MARAQLI TƏKLİF

Bakıda uşaqları gəzməyə aparmaq üçün - 10 MARAQLI TƏKLİF

Bakıda təəsüf olsun ki, bugün nə qapalı şəhər akvaparkı, nə delfinariy, nədə ki dinozavrlar parkı yoxdur. Hətta qapalı atraksionlar parkımız yoxdur, heç bulvarda da atraksion parkı qalmadı (bildiyimizə görə, atraksionları Quba Palace hotelin ərazisində yerləşdiriblər). Amma neqativə köklənməyək, çünki buna baxmayaraq uşaqlar üçün yeni maraqlı məkanlar açılıb, AviaTravel olaraq 10 ən maraqlı yeri oxucularımıza təqdim edirik. 

1. Peşələr şəhəri - Kinderland

Kinderland və onun tipli peşə şəhəri Azərbaycana yeni gəlib. Uşaq peşələr şəhərinin ideyası meksikalı sahibkar Xavyer Ankona tərəfindən hazırlanıb. 1999-cu ildə Meksikada o, uşaqlar üçün şəhər konsepsiyasını həyata keçirən, dünyada ilk oyun-öyrənmə parkı olan KidZania-nı açdı (19 ölkədə 24 park var). Ümumiyyətlə, Kinderland Vətənimizə nisbətən yenə gələn “edutainment” - əylənərək öyrən bazarının parlaq nümunəsidir. Uşaqlar bu şəhərcikdə müxtəlif peşələri öyrənmək imkanı qazanırlar: inşaatçıdan tutmuş arxeoloqadək. Bu da onlar üçün maraqlı və faydalı təcrübədir. Uşaq müxtəlif peşələr haqqında təsəvvür əldə edərək, əməyi qiymətləndirməyi öyrənir.

  • Kinderland Daniz Mall. Qiymət: həftəiçi – 25 AZN, həftəsonu – 30 AZN;
  • Kinderlan Shuvelan Park. Qiymət: həftəiçi – 10 AZN, həftəsonu – 15 AZN;
  • Kinderland Amburan Mall. Qiymət: həftəiçi – 10 AZN, həftəsonu – 15 AZN;
  • Jungle Olimpik star. 40 dəqiqə - 6 AZN.

Bundan başqa, şəhər ətrafında yerləşən Kinderlandlər də rəğbət qazanıb: parkur, Sweet City, Motor City və s.

2. Aktiv oyunlar

Uşaqlar cazibə qanuna qarşı çıxmağı sevirlər. Həm də onların tükənməz enerjisini də düzgün yönləndirmək vacibdir. Bu sırada Sizə batut meydançaları köməyə gələcək. Hazırda paytaxtda iki bu tip meydança fəaliyyət göstərir:

  • Sky Park (Daniz Mall). Qiymət: 1 saat 30 AZN.
  • Batut Arena (Zabitlər Parkı). Qiymət: 1 saat 15 AZN.

Paytaxtımızda təəsüf olsun ki, heç bir ədəd də buz meydançası yoxdur, lakin Heydər Əliyev Mərkəzi yanında @Bakurink var. Burada 4 fəsil boyu Sizin uşaqlar xüsusi məhlul ilə bağlanmış döşəmədə konki sürə bilər. Qiymət: 15 dəqiqə - 3 AZN.

3. Akvapark

Yenə qayıtdıq uşaqların ən sevimli əyləncəsindən biri olan akvaparklara. Yuxarıda qeyd etdiyimiz kimi, qapalı akvaparkımız olmasa belə, çoxlu sayda açıq havada fəaliyyət göstərən akvaparklarımız var.

Burada ən irilərinin qiymətlərini qeyd edirik:

  • Dalğa Beach (Şüvəlan). Qiymət – 35 AZN;
  • Mybeach Novxanı. Qiymət – 15 AZN;
  • Aquapark Shikhov. Qiymət – həftəiçi 15 AZN, həftəsonu – 20 AZN;
  • AF Hotel (Novxanı). Qiymət – 15 AZN.

4. Zoopark

Son vaxtların ən gözəl xəbərlərindən biri o oldu ki, Bakıda tam yenilənmiş zoopark öz qapılarını açıldı. Təmiz, səliqəli, qoxusuz, xoşagələn atmosferli və maraqlı landşaft dizaynı olan zooparkımızın giriş qiyməti uşaqlar üçün 2 AZN təşkil edir.

Bir ara kontakt zooparklar hər yerdə açılırdı, lakin bu acı təcrübəyə nə heyvanlar, nə də bizim auditoriya hazır deyildi. Bu səbəbdən əyər Sizin övladınız heyvan sevgisi ilə yaşayırsa, onlara sığal çəkərək bəsləmək istəyirsə, Qala qoruğuna, və yaxud Şamaxıda yerləşən alpaka fermalarına baş çəkin.

  • “Qala” Dövlət Tarix Etnoqrafiya Qoruğunda Mini Zoo turu – 5 AZN
  • Alpaka ferması – ailəvi turda bir uşağın giriş qiyməti – 35 AZN.

Qalaya getsəniz, bu zaman əlbəttə ki, qoruğun özünü də uşaqlara göstərə bilərsiniz. Əcdadlarımızın həyatından bəhs edərək, qədim kurqanları və hətta məişət tullantılardan sənət əsərləri sərgisini seyr edə bilərlər.

Bundan başqa, Azərbaycanda yeni qədəmlərini basan piknik mədəniyyətinə də uşaqlarınızı öyrəşdirə bilərsiniz. Bir çox ictimai yerlərdə bunun üçün şəraitlər qurulur. Məsələn, Dədə Qorqud parkı, Böyükşor bulvarı, Nizami parkı, Balıqlı göl və s. Necə deyərlər, tələb təklifi yaradır. Trendlərə uyğun olaraq onlayn qaydada hazır piknik setlərini də kirayə götürə bilərsiniz. Bundan rahat nə ola bilər - https://www.instagram.com/pikniksetbaku/

Gəzintiləri də bu bölməyə aid etmək istərdik. Uşaq dəmiyolumuz artıq olmasa da, yerində katamaran gəzintisi, bulvarda yaxta və oradakı Kiçik Venesiyada qandola gəzintisi, funikulyor gəzintisi var. Hələ çox dəbdə olan elektroskuter və velosiped kirayəsi ilə gəzintilər uşağınızı olduqca əyləndirəcək.

5. Master klass

Maşallah, “master class baku” sorğusu ilə hər gün neçə biri birindən maraqlı master klassların keçirildiyinin şahidi olursan. Yemək bişirməkdən tutmuş, dulusçuluğa qədər, robototexnikadan tutmuş proqramlaşdırmayadək. Master klassların qiyməti 10 manatdan başlayır.

6. Düşərgə

Daha bir son zamanların (təqribi 30 illik fasilədən sonra) trendindən bəhs edək: düşərgələr. Hər tətilə uyğun, hər büdcəyə uyğun,  gecələmə və yemək daxil olub olmaya bilər, şəhər mərkəzində, qırağında, aranda, dağda və hətta xaricdə. Düşərgələrin sayı artdıqca onlara olan etibar da artır. Bu düşərgələr uşaqları müstəqilliyə öyrədir, indiki uşaqlara lazım olan bir cəhəddir.

7. Kvest

Kvestlər də əyləncə sənayesinə yeni daxil olmuş istiqamətdir. Adətən otaq kvesti – kiçik qrupla oyundur, iştirakçılar öz arzusuna görə bağlı otaqda oynayırlar. Otaqdan 1 saat ərzində çıxmaq lazımdır, bunun üçün isə oyunçular xeyli maraqlı tapmacalar tapmalı, suallara cavab verməli, məntiqlərini işlətməlidirlər. Kvest süjetləri müxtəlifdir: siz bir dedektiv kimi hansısa cinayəti aça bilərsiniz, məhbusa çevrilib həbsxanadan qaçmağa çalışarsınız, qədim ehramların sirləini və ya hansısa mədəniyyətin süqutunun səbəbini aşkar edə bilərsiniz.

Yerigəlmişkən, kvest otaqlarında həyəcandolu macəralar da olur, klaustrofobiya, qorxu otağı və s. Ora giriş 18 yaşdan yuxarıdır. Belə ki, əziz valideyinlər, hətta yeniyetmələrin istəyi altında buna təşəbbüs göstərməyin. Nəticələri ağır ola bilər.

Bir iştirakçı üçün qiymətlər ortalama 10 AZN-dən başlayır.

8. İppodrom

Qarabağ atlarının və qədim çovğan oyunun vətəni olan Azərbaycanda at çapmağı bilməmək ayıbdır. Əlbəttə, kənd əhalisi uşaqlıqdan bunu mahərətlə bacarır. Meqapolis uşaqları üçün isə 3 böyük və bir neçə xırda mərkəz Sizin övladlarda at sevgisini oyadacaq:

  • Bakı Dövlət Cıdır Meydanı
  • Ömər Atçılıq Mərkəzi
  • Binə Atçılıq Mərkəzi

Qiymətlər ortalama ilə  – 10 AZN (gəzinti), dərs – 50 AZN-dir.

9. Əyləncə mərkəzləri və uşaq meydançaları

Vacib məqamlardan biri odur ki, əyər böyüklər birgə harasa yollanıblarsa, o zaman uşaqların həmən o yerdə öz güşələrinin olması labüddür. Məsələn, ticarət mərkəzlərinə alış-veriş edən zaman uşağın mağazalardan başı hərrənməsin deyə və ya àla carte restoranlarda oturarkən dayanmadan smartfona baxmamaları üçün əvəzolunmazdır.

Mall-larda yerləşən Happyland, Kids Planet, Wonderland, Ontop Bowling və s. bu məsələdə sizin köməyinizə gələcək. “Shakespeare”, “Prive Steak Gallery”, “MariVanna”, “U dadi Maksa”, “Vətən” Mərdəkan, “Dükkan” və s. restoranlarda olan uşaq güşələri də sizi sevindirəcək.

Və əlbəttə bu sırada uşaq əyləncəli restoranlarında seçim menyudan tutmuş aktivlərədək daha genişdir:

  • KhanCandy
  • Lamiland
  • Lully’s Kids Zone
  • Olimpik Jungle Park və s.

 

10. Mədəniyyət ocaqları

Və əlbəttə, əziz valideyinlər, sonda bir övladın dünyagörüşünü artırmağın və əyləndirməyin klassik variantlarını qeyd edə bilməzdik: muzey, teatr, kino. Bunlar arasında da seçim kifayət qədər dolğundur. Teatr və kino repertuardan asıllı olduğundan bu məqalədə təcrübəmizdən irəli gələrək “WOW” effekti yaradan muzeylərin adını qeyd edirik:

  • Təbiət Tarixi Muzeyi
  • Neon Art Muzeyi.

Teatrlardan da Pantomima və Marionet teatrını məsləhət görürük.

Və bilin ki, tənbəl valideynin tənbəl övladı olar. Əyər Siz uşağınızla vaxt keçirmək istəsəniz, heç bir məqaləyə sığmayan yüzlərdə digər alternativlər də var. Odur ki, bir azcıq fantaziya + səbr + entuziazm. 

Həmişə gəzməkdə! 

AviaTravel