Xəzər Azərbaycana bəxş olunan təbii sərvətlərdən biridir. Qızmar yay günlərində paytaxt sakinlərinin ən çox üz tutduğu yer Xəzər çimərlikləri olur. Havalar isindikcə adamın könlündən özünü Xəzərin sərin mavi sularına atmaq keçir, amma ehtiyatlı olmaq lazımdır, çünki Bakının bütün çimərlikləri təmiz deyil.
İyunun 15-dən çimərlik mövsümü başlayır. Seçiminizə kömək etmək üçün Bakının pullu çimərliklərinin qiymətlərini və xidmətlərini sizin üçün topladıq.
*Qeyd: Qiymətlər 10 iyun tarixinə olan məlumatdır.
Amburan Beach Club
- 30 AZN – Həftə içi;
- 35 AZN – Həftə sonu;
- 10 yaşa qədər uşaqlara pulsuz.
Qiymətə daxildir:
- Çimərlik və hovuza giriş;
- Dəsmal;
- Uzanma taxtı;
- Çətir;
- Uşaq meydançası;
- Soyunma otağı;
- Müxtəlif əyləncələr;
Ramada by Wyndham Baku
- 20 AZN – Həftə içi;
- 25 AZN – Həftə sonu;
Qiymətə daxildir:
- Çimərlik və hovuza giriş;
- Dəsmal;
- Uzanma taxtı;
Atlant Otel
- 13 AZN
- 5 yaşa qədər uşaqlara pulsuz.
Qiymətə daxildir:
- Çimərlik və hovuza giriş;
- Uzanma taxtı;
- Çətir;
- Uşaq meydançası;
- Müxtəlif əyləncələr;
*Oteldən qiymətlərin iyunun 18-nə kimi nəzərdə tutulduğu qeyd olundu.
Spring hotel Resort & SPA
- 20 AZN – Həftə içi;
- 25 AZN – Həftə sonu;
- 4-12 yaş arası uşaqlara Həftə içi 15 AZN; Həftə sonu 20 AZN.
Qiymətə daxildir:
- Çimərlik və hovuza giriş;
- Dəsmal;
- Uzanma taxtı;
- Çətir;
- Uşaq meydançası;
- Soyunma otağı;
- Müxtəlif əyləncələr;
My Beach Novkhani
- 25 AZN;
- 6-12 yaş arası uşaqlara 15 AZN.
Qiymətə daxildir:
- Dəsmalsız buraxılmır. Özünüzlə gətirə bilərsiniz.
- Çimərlik və hovuza giriş;
- Uzanma taxtı;
- Çətir;
- Uşaq meydançası;
- Müxtəlif əyləncələr;
Bilgah Beach Hotel
- 20 AZN – Həftə içi;
- 25 AZN – Həftə sonu;
- 6-12 yaş arası uşaqlara 50% endirim.
Qiymətə daxildir:
- Çimərlik və hovuza giriş;
- Dəsmal;
- Uzanma taxtı;
- Çətir;
- Uşaq meydançası;
- Soyunma otağı;
- Duş;
- Müxtəlif əyləncələr;
*Aquaparkın ayın 10-dan sonra açılması gözlənilir.
Neptun Beach Novxani
- 20 AZN – Həftə içi;
- 25 AZN – Həftə sonu;
- 5 AZN – Uşaqlar;
Qiymətə daxildir:
- Çimərlik;
- Dəsmal;
- Uzanma taxtı;
- Çətir;
- Duş;
Sea Breeze Resort & Residence
- 20 AZN;
- 10 yaşa qədər uşaqlara pulsuz.
Qiymətə daxildir:
- Çimərlik və hovuza giriş;
- Dəsmal;
- Uzanma taxtı 2 ədəd;
- Çətir;
- Duş;
- Soyunma otağı;
Point Beach Dostluq
- 10 AZN;
- 6 yaşa qədər uşaqlara pulsuz.
Qiymətə daxildir:
- Çimərlik və hovuza giriş;
- Dəsmal;
- Uzanma taxtı;
- Çətir;
- Duş;
Rose Bar Beach
Həftə içi 1-4-cü günlər:
- 30 AZN
Həftə sonu - Cümə, Şənbə, Bazar günləri:
- 40 AZN – Xanımlar;
- 50 AZN – Kişilər;
Qiymətə daxildir:
- Çimərlik və hovuza giriş;
- Dəsmal;
- Uzanma taxtı;
- Duş;
- Soyunma otağı;