Turistlər yay məzuniyyətlərini öncədən planlayan və planlamayanlar olaraq iki yerə bölünürlər. Planlayanlar hələ 5-7 ay öncədən yay tətilini harda, necə keçirəcəyini öncədən bilir, müvafiq olaraq aviabilet və otel bron edir və ya sadəcə tur-paket alır.
Artıq may ayıdır, gələn aydan yay, tətil mövsümü gəlir. Aviabiletlərə tələbat heç vaxt olmayan qədər artır, müvafiq olaraq qiymət də tələbə görə artacaq. Bu yazı tətilini planlamayanlara həsr olunub.
Gəlin, xəyali bir tətil planı quraq. Misal üçün, iyun ayında Türkiyədə 7 gün istirahət etmək istəyirsiniz. Əvvəlcə Bakıdan Türkiyənin müxtəlif şəhərlərinə olan biletlərə baxaq. İyun üçün Bakıdan ən aşağı qiymətə olan bilet Alanyayadır. Pegasus aviaşirkəti 8-14 iyun arası Bakı-Alanya-Bakı biletini 199 avroya təklif edir. Bu, təxmini 356 AZN edir.
Eyni istiqamətdə bilet Buta Airways-də 400 AZN civarındadır.
Ən çox uçuş olunan şəhərə - İstanbula isə gediş-gəliş biletlərin qiyməti 300 avro, 500 AZN ətrafındadır. Şəkildə Anadolujet-in qiymətidir, amma Buta Airways-də də aşağı-yuxarı eyni qiymətdir.
İstanbul səfəri üçün çox yaxşı alternativ seçim də var. Belə ki, Pegasus aviaşirkəti ilə Gəncə-İstanbul-Gəncə reysinə bileti iyun ayında cəmi 168 avroya, 300 manata ala bilərsiniz. Bakıdan Gəncəyə avtobus 8.4 manata, qatar isə 20 manata gedir.
Digər alternativ variant isə Naxçıvandan quru sərhədlə Türkiyəyə keçib Iğdırdan İstanbula uçmaqdır. Belə olan halda isə qiymət aşağıdakı kimi olacaq:
- Bakı-Naxçıvan-Bakı təyyarə ilə 100 AZN
- Naxçıvan-Iğdır-Naxçıvan avtobus ilə 15 AZN
- Iğdır-İstanbul-Iğdır təyyarə ilə 180 AZN
Amma bütün bunları etmək istəmirsinizdə, aviabilet, hotel, transfer, qidalanma – hamısı birlikdə istəyirsinizsə, o zaman tur-paket ala bilərsiniz. Düzdür, mövzüm öncəsi böyük endirimlərin vaxtı hazırda bitsə də, mövsüm arası yaxşı fürsətlər olur. Bunun üçün summertour.az saytına daxil olaraq sizə lazım olan uçuş aralığını, gecələrin sayını, hotel növünü, qidalanma tipini və s. verilənləri seçməklə yaxşı təklif ala bilərsiniz. Gəlin, bir nümunə göstərək:
4-11 iyun aralığında uçuş, 6 gecə qalmaq, 2 nəfər, 4 və 5 ulduzlu hotel, hər şey daxil seçirik və axtarış veririk.
Gördüyünüz kimi, ən aşağı qiymətə olan təklif 914 dollardır (1555 AZN). Bu qiymətə iki nəfər üçün uçuş, 4 ulduzlu oteldə gecələmə, qidalanma, transfer və sığorta daxildir. Sizə bir sirr açaq, aviabilet və hoteli tur-paketlə alanda daha sərfəli olur.
Seçdiyiniz tur-paketi Azərbaycanda olan istənilən turizim şirkətindən bu saytdakı qiymətə ala bilərsiniz.
Həmişə gəzməkdə!