9 Fevral 2022, 09:13

Qənaətli səyahət etməyin - 10 ÜSULU

Az pul xərcləməklə necə gəzmək olar, bundan danışacağıq
Qənaətli səyahət etməyin - 10 ÜSULU

Səyahət zamanı nələrə diqqət etməliyəm, necə qənaətcil səyahət edə bilərəm, tətildə büdcəmi necə balanslaşdırmalıyam, ucuz və qənaətcil səyahət edərkən nələrə diqqət yetirməliyəm? Və ya doğrudanmı turistləri "soymaq hiylələri" var, bu qədər suala cavab tapmağınız üçün məqaləni oxumağa başlayın. 

1. Əgər taksiyə minəcəksinizsə, gələn tərəfdən əyləşin

Aktiv və ucuz səyahət etməyi sevən turistlər adətən taksidən istifadə etmirlər. Amma xüsusən də 4 nəfərsinizsə və ya hava limanına gecə yarısı gəlmisinizsə, üstəlik qalacağınız yerə çatmaq üçün taksiyə ehtiyacınız varsa, heç vaxt hava limanlarının gediş hissəsindən taksi tutmuruq. Niyə ? Çünki hamı hava limanlarının gediş hissələrini taksi ilə tərk etmək istəyir, bu da həmin yerdə sifarişin çox olması, nəticədə baha taksi deməkdir. Çox vaxt uyğun taksi tapmaq üçün gözləməli olursunuz. Amma gəliş tərəfdən minsəniz, artıq müştərilərini yola salmış boş taksi ən qısa zamanda müştəri tutmaq üçün növbəyə dayanır.

Bundan əlavə, gediş tərəfdəki taksilər ilə qiymət sövdələşməsi apara bilməyəcəyiniz halda, gəliş tərəfinə gələn və hava limanında taksi olmayan bu taksi sürücüləri ilə qiymətləri müzakirə etmək daha asandır. 

2. Hava limanında çox pul dəyişməyin

Təyyarə ilə gəldiyinizi düşünsək, hava limanında heç vaxt çox pul dəyişməyin. Bir çox ölkədə hava limanları həddindən artıq baha valyuta mübadiləsi məzənnələri qoyurlar. Məsələn, 2,1 və ya 2,2 dəyişəcəyiniz pulu 2 ilə satırlar. Üstündə qalan onlarındır. Sonda 0.1 və ya 0.2 fərq az görünsə də müəyyən qədər məbləğdə artıq xeyli pul itirdiyinizi görəcəksiniz. Odur ki, sizi şəhərə aparacaq qədər pul dəyişdirmək və ya heç olmasa 1-2 günlük xərcinizi mübadilə etmək kifayətdir.

3.Hosteldə qal və ya Couchsurfing et

Qalmağa, gecələməyə mümkün qədər az pul xərcləyin. Həmin pulla gedin gözəl yemək yeyin, ya da istədiyiniz kimi əylənin. Getdiyiniz şəhərlərdə ən ucuz gecələmə üsullarını seçin, hostel və ya yataqxanada qalın və ya 1 manat da ödəmədən Couchsurfing sistemini öyrənin və bu üsulla qalın. 

4. Az sayda kiçik çanta daşıyın

Bir çox aviaşirkətlər əlavə baqaj üçün sizdən əlavə ödəniş alırlar. Xüsusilə aşağı büdcəli hava yolları, əgər 1 çamadanınız belə varsa, bunun üçün əlavə ödəniş istəyir. Çünki çox güman ki, aldığınız biletə baqaj daxil deyil. Buna görə də özünüzlə mümkün qədər çox kiçik çanta aparın. Cənub-Şərqi Asiya ölkələrində bir çox loukosterlər əlavə baqaj üçün inanılmaz ödənişlər alır.

5. Heç vaxt turistlər üçün yerlərdən suvenirlər almayın
Unutmayın ki, siz aktiv səyahətçisiniz. Siz macəra peşindəsiniz, həyəcan axtarırsınız. Yəni belə şeylərə ehtiyacınız yoxdur. Yerli camaat harda əyləşirsə, orada əyləşəcəksən, oxuduğun, əzbərlədiyin yerlərə sərbəst gedəcəksən.

6. Ucuz yemək üçün sakinlərin yemək yediyi yerlərə gedin

Səyahət etdiyiniz ölkənin xüsusilə, küçə və meydanlarını yaxşıca öyrənin və səyyar mətbəxə alışmağa başlayın. İnanın, küçədə qoyulan köşklərdə satılan yeməklər bəzən əksər restoranlardan daha dadlı ola bilər. Odur ki, prioritetiniz nə qədər pula yediyiniz yemək deyil, toplumla birlikdə olmağınız və xatirələrinizi bölüşəcəyiniz insanlardır.

7. Pulsuz şəhər turlarına qoşulun

Xüsusilə Avropa ölkələrində çox məşhur olan bu üsul sosiallaşmaqdır və bölgədə yaşayan bələdçi ilə şəhərin məşhur yerlərini gəzin. Əslində bəzi hallarda bu turlar pulsuzdur, ödənişli olduqda belə çox da baha deyil.

8. Həmişə "bazarlıq" edin.

Daim sizi aldatmağa çalışan insanlar ola bilər. Xüsusilə Asiya ölkələrində insanların gündə 2-3 dollara dolandığını nəzərə alsaq, sizin üçün çox ucuz olan bir şey yenə də çox baha ola bilər. Məsələn, Hindistanda olarkən onların bizi nə qədər aldatdıqlarını ilk günlərdə, təxminən bir həftə o ölkədə qalanda anladıq. Belə çıxır ki, 3 dollara aldığımız məhsullar normalda 1 dollardan aşağı olub.

9. Hər zaman yanınızda bir şüşə olsun.

İnkişaf etmiş ölkələrdə suyun nə qədər olduğunu bilirsinizmi? Xüsusilə restoranlarda? Honqkonqda su 5 dollaradır. Odur ki, əgər sizin gündəlik çantanız və ya bel çantanız varsa, oraya həmişə 1 butulka su, əgər varsa, atşdırmalı yemək qoymağı məsləhət görürük. 1 dollar 1 dollardır, elə deyilmi?!

10. Bazarda alış-veriş edin. 

Bu səyahətin qızıl qaydasıdır. Mümkün qədər israfçılıq etməmək üsullarını inkişaf etdirməlisiniz. Xaricdə hostelin mətbəxi və ya kirayəyə götürdüyünüz evin mətbəxi varsa, alış-veriş edib, özünüzə yemək hazırlamaqdan çəkinməyin. Səyahət etmək təkcə o yerləri görmək deyil, o şəhərdə qısa müddətə də olsa yaşamaqdır. Sinqapur, Honkonq, Yaponiya, Norveç, İsveç kimi ölkələr çox bahadır, gündə 50 avro belə kifayət etməyə bilər. Oraları görməyi arzulayanlar çoxdur, amma büdcə problemi buna mane olur. Əgər sadaladığımız üsulları etsəniz, xərclərinizi çox minimuma endirəcəksiniz və xəyal etdiyiniz yerlərə getməyiniz üçün ən böyük məsrəfiniz bir təyyarə bileti olacaq. Odur ki, səyahət etməyə davam edin, həmişə gəzməkdə! 

AviaTravel